Yeni “Samsung Galaxy M10” və “Galaxy M20” smartfonları nümayiş olunub
“Samsung” şirkəti Hindistanda “Galaxy M10” və “Galaxy M20” modellərinin daxil olduğu M seriyalı smartfonlar təqdim edib. Smartfonlar əsas qoşa kamera və damcıvarı şəkilli “infinity-V” ekranı ilə təchiz olunub.
“ICTnews” Elektron Xəbər Xidməti “
Ferra” resursuna istinadən yazır ki, “Galaxy M20” modeli həm sifətin, həm də barmaqların tanınması funksiyasını dəstəkləyir, “Galaxy M10” isə sifətə görə autentifikasiya ilə kifayətlənir. Hər iki smartfon 13+5 meqapikselli əsas qoşa kameraya malikdir.
Məlumata görə, “Galaxy M20” smartfonu “Full HD+” (2340 x 1080 piksel) təsvir ölçülü 6,3 düym diaqonallı ekran, 8 meqapikselli ön kamera, “Exynos 7904, 3” prosessoru və 4 giqabaytlıq operativ və “microSD” formatlı yaddaş kartları ilə 512 giqabayt tutumadək genişləndirmə imkanına malik 64 giqabaytlıq quraşdırılmış yaddaş ilə təchiz edilib. Akkumulyator tutumu 5 min milliamper/saata bərabərdir.
“Galaxy M10” modeli “HD+” (1520 х 720 piksel) təsvir ölçülü 6,22 düym diaqonallı ekran, 5 meqapikselli ön kamera, “Exynos 7870” prosessoru 2 və ya 3 giqabaytlıq operativ və “microSD” formatlı yaddaş kartları ilə 512 giqabayt tutumadək genişləndirmə imkanına malik 16 və ya 32 giqabaytlıq quraşdırılmış yaddaş, 3430 min milliamper/saat tutumlu akkumulyatorla təchiz olunub.
“Samsung Experience 9.5 UX” interfeysli “Android 8.1 Oreo” əməliyyat sisteminin idarəetməsi ilə işləyən smartfonlar göy və qara rəng variantlarında təklif edilir. “Galaxy M10” smartfonunun 2+16 giqabayt tutumlu versiyasının qiyməti 112 dollar, 3+32 giqabaytlıq versiyasının isə 126 dollar təşkil edəcək. “Galaxy M20” modelinin qiyməti də yaddaş tutumuna (3+32 və 4+64 giqabaytlıq müvafiq olaraq 155 və 183 dollar) görə dəyişəcək.
Nizam Nuriyev