2019-cu ildə “3D” çap texnologiyaları bazarının həcmi 21% yüksələcək
“IDC” analitiklərinin proqnozuna görə, 2019-cu ildə “3D” çap sahəsində avadanlıq, istehlak materialları, proqram təminatı və əlaqəli xidmətlərin satış həcmi 2018-ci illə müqayisədə 22,1% yüksələrək 13,8 milyard dollar təşkil edəcək. 2022-ci ildə satışların həcmi təxminən 22,7 milyard dollara yaxınlaşacaq.
“ICTnews” Elektron Xəbər Xidməti “
computerworld.ru” saytına istinadən yazır ki, diskret istehsal müəssisələri “3D” printerlərin əsas istifadəçiləridir. Növbəti pillədə tibbi müəssisələr yerləşir: 2019-cu ildə tibbi müəssisələr “3D” çap texnologiyasına təxminən 1,8 milyard dollar xərcləyəcək. Təhsil sahəsində fəaliyyət göstərən şirkətlər 1,2 milyard dollar, peşəkar xidmətlər sahəsindəki şirkətlər isə 898 milyon dollar xərcləyəcək. Bazarın 5%-dən az hissəsi, yəni 647 milyon dollar istehlak seqmentinin payına düşür.
“3D” printerlər əsasən sənayedə prototip, komponent və ehtiyat hissələri, həmçinin stomatoloji və başqa tibbi avadanlığın istehsalında istifadə edilir.
Emil Hüseynov