Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Şifrənin əvəzinə gözün quzehli qişası


ABŞ-ın Hoyos Group (ABŞ) şirkəti tərəfindən maraqlı qurğu təqdim edilib. Bu qurğu istifadəçinin gözünün qüzehi qişasını yoxlayaraq onun proqram təminatlarına və veb saytlara daxil olması qeydiyyatını yerinə yetirir. Bu qurğu istifadəçilərin rahatlığın təmin edir. Eyni zamanda, şifrələri xak etmək də qeyri mümkündür. Belə ki gözün quzehi qişası hər bir insanda fərdidir və onu saxtalaşdırmaq mümkün deyil.
Qurğu yaradıcılarından birin adı ilə adlanır - EyeLock. O, USB-interfeysə malikdir və onun istifadəsi üçün sadəcə verilən proqram təminatında bloklanan saytların və proqramların siyahısını göstərmək tələb olunur. Ona girişin alınması üçün gözə skaneri gətirmək kifayətdir. Eyelock-a təqdim edilən təhlükəsizliyin səviyyəsi Hoyos Group biznesinin inkişafını idarə edən Ceff Karterin (Jeff Carter) sözlərinə görə, giriş hüquqlarının təsdiq edilməsi üçün nə bir başqa biometrik, kriptoqrafiya və ya "xəritə" üsulu ilə müqayisə edilməzdir. Qurğunun satışa çıxarılma tarixi hələ ki məlum olmasa da, qiyməti 99 dollardır.






01/06/11    Çap et