Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycan Texniki Universitetində “Yüksək texnologiyalar və ali təhsil” mövzusunda respublika konfransı keçiriləcək


21-24 noyabr 2011-ci il tarixlərində Azərbaycan Texniki Universitetində “Yüksək texnologiyalar və ali təhsil” mövzusunda respublika konfransı keçiriləcəkdir. Beynəlxalq konfrans üçün məruzələrin mətni və elektron versiyası 18 oktyabr 2011-cu ildən gec olmayaraq AZ1073, Bakı ş., H.Cavid küç., 25 ünvanına və ya konfrans-aztu@mail.ru elektron poçtuna göndərilməlidir.

Konfransda iştirak əyani və qiyabi ola bilər.

Məruzələrin tərtibat qaydaları:

1. Məruzələrin 5 səhifədən çox olmayan mətni A4 formatlı ağ kağızda, bütün tərəflərdən 20 mm sahə qoymaqla 14 Times New Roman şrifti ilə 1,5 intervalla 1 nüsxə çap olunur. Səhifələr nömrələnmir. Məruzə ma¬terialları 6.00 versiyadan aşağı olmayaraq WinWord redaktoru ilə tərtib edilir.

2. Məruzənin adı qalın hərf¬lərlə, yuxarı sahədən kənarlaşmadan, sözü sətirdən sətrə keçirmədən, mərkəzləşdir¬mək¬lə çap edilir. 1,5 interval aşağıda müəl-liflə¬rin SAA (qalın hərf¬lər¬lə), dairəvi dırnaq arasında kursivlə müəs¬si¬sə, şəhər, ölkə (vergüllə, mərkəzləməli), 1,5 interval aşağıda – ingilis dilində annotasiya (4-6 sətrə qədər, şr. 12, 1 interval, kursivlə) çap edilir. 1,5 interval sonra məruzənin mət¬ni müəllifin seçdiyi dildə çap edilir.

3. Şəkillər 60×60 mm ölçüdən kiçik olmamalı və materialın şərhinə uyğun yerləşdiril¬mə¬lidir. Şəklin altında onun sıra sayı və adı göstərilməlidir.

4. Məruzənin mətni, şəkilləri və ya reklamlar CD diskə yazılır və zərfdə müəllifin SAA göstərilir.

5. Materialları qaralamaq, qatlamaq və tikmək olmaz.

Konfransın işçi dilləri Azərbaycan, rus və ingilis dilləridir.

Konfransın əsas mövzuları:

Bölmə 1. Texnopark-elm,təhsil və istehsalatın inteqrasiya vasitəsidir;

• Virtual layihə-texnoloji tədris mərkəzinin mühəndis hazırlığında rolu

• Sumqayıt texnoparkına transfer olunan yüksək texnologiyalar

• CAD/CAM/CAE texnologiyalarıın mühəndis layihələndirilməsində tətbiqi • Bio-tibbi praktikada intellektual sistemlər.

Bölmə 2. Nanotexnologiyalar: yeni materiallar və cihazlar:

• nanostrukturların fizikası və texnikası

• nanostrukturlu materialların sintezi və tətbiqi

• neft və neft məhsullarının istilik-fiziki xassələri



• biotibbi praktikada nanotexnologiyalar.

Bölmə 3. İKTdə innovasion texnologiyalar

• Elektron hökumət üçün kadr hazırlığı.

• Elektron Universitet. Məsafədən təhsil və fasiləsiz (ömür boyu) təhsil.

Əlavə məlumat üçün 99412 439-13-39, 99412 439-12-21 telefonlarına müraciət edə bilərsiniz:

Fax:438-32-80

http://aztu.edu.az/index/




04/11/11    Çap et