"Ağıllı" lampanın köməyi ilə “Wi-Fi” texnologiyasına müdaxilə üsulu aşkar edilib
Haker "ağıllı" lampalarda boşluq aşkar edib. Sözügedən boşluq "Wi-Fi" texnologiyasına qoşulma məlumatlarını öyrənməyə imkan verir. Bu haqda "Motherboard" nəşri məlumat verib.
"ICTnews" Elektron Xəbər Xidməti "
iz.ru" saytına istinadən yazır ki, haker sınaq üçün təxminən 25 dollar dəyərində "LIFX mini white" lampasından istifadə edib. O, lampadan çipi çıxardıb.
Bundan sonra çipi USB portu vasitəsilə başqa qurğuya qoşub. Mütəxəssisin sözlərinə görə, lampanın çipindəki bütün məlumatlar şifrlənməmiş vəziyyətdə saxlanılır və hər hansı təhlükəsizlik sazlaması yoxdur, lampaya qoşulmaq və onun keçmiş sahibinin "Wi-Fi" parolunu öyrənmək mümkündür.
Məlumata görə, bundan sonra lampa istehsalçıları təhlükəsizlik sistemini təkmilləşdirib və boşluqları aradan qaldırıblar.
"Ağıllı" lampalar – əlavə sensor və modullarla təchiz edilmiş işıqlandırma cihazıdır və onu "Wi-Fi" vasitəsilə idarə etmək mümkündür.
Emil Hüseynov