Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” hər gün 100 milyard söz tərcümə edir


“Google” şirkəti dünyanın müxtəlif yerlərində yaşayan insanlara ünsiyyət qurmağa və ortaq bir dil tapmağa kömək edən emosional video paylaşıb.
 
“ICTnews” Elektron Xəbər Xidməti “ixbt.com” saytına istinadən yazır ki, hər gün “Google”un tərcüməçisi 100 milyarddan çox söz tərcümə edir. Çarxda insanların müxtəlif ölkələrdə yaşayan insanlarla ünsiyyət qurması üçün smartfonlardan istifadə etməsi göstərilir.
 
Həmçinin videoda “Google”un fərdi köməkçisinin artırılmış reallıq imkanları nümayiş etdirilir. Kameranın proqramı vasitəsilə nişan və lövhələrdəki yazılar başqa dilə tərcümə edilir.
 
Hər gün tərcümə edilən 100 milyard söz arasında "Necəsən", "Təşəkkür" və "Mən səni sevirəm" sözləri ən populyardır.
 

Emil Hüseynov







04/02/19    Çap et