Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Xiaomi” şirkəti yeni oyun smartfonunun hazırlanmasını təsdiq edib


“Xiaomi” şirkətinin məhsullar üzrə direktoru Vonq Tenq Tomas Çinin “Weibo” mikrobloqlar servisi səhifəsində ikinci nəsil “Xiaomi Black Shark 2” oyun smartfonunun hazırlanmasını təsdiq edib.

“ICTnews” Elektron Xəbər Xidməti “Life” resursuna istinadən yazır ki, “Skywalker” kod adlı qurğunun texniki xüsusiyyətləri haqqında məlumat verilmir. Lakin onun sonuncu nəsil qabaqcıl “Snapdragon 855” prosessoru və 8 giqabaytlıq operativ yaddaşla təchiz ediləcəyi barədə söhbətlər dolaşır. Smartfonun “Android Pie” əməliyyat sisteminin idarəetməsi ilə işləyəcəyi bildirilir.

Qeyd edək ki, birinci nəsil “Xiaomi Black Shark” modeli 2018-ci ilin yazında buraxılıb. Bir müddət smartfon “Antutu” şirkətinin reytinqində 272 min balla bazarın ən güclüsü olub. O, 5,99 düym diaqonallı ekran, “Snapdragon 845” prosessoru və 6 giqabaytlıq operativ yaddaşla təchiz olunub.

Nizam Nuriyev






05/02/19    Çap et