Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Kodak” şirkəti müflis olmaq həddinə çatıb


“Kodak” şirkəti faktiki olaraq təsdiq edib ki, müflis olmaq həddindədir. Vaxtilə məşhur olan korporasiyanın rəhbərliyi bildirib ki, “Kodak” əgər 1 il ərzində bir neçə milyard dollar tapmasa, fəaliyyətini dayandıracaq.

Şirkətin gələcəyi yeni investisiyalar cəlb etməkdən asılıdır. Şirkət rəqəmsal texnologiyalara olan hüquqlarını 2-3 milyard dollara satmağı və əldə etdiyi puldan yaxın vaxtlarda borclarını qaytarmağı planlaşdırır.




04/11/11    Çap et