Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ötən il dünya smartfonlar bazarında kəskin azalma qeydə alınıb


“IDC” analitik şirkəti 2018-ci ili smartfonların satışı baxımından ən pis il adlandıraraq onların tədarük həcminin say ifadəsində ardıcıl beş rübdür azalmasını açıqlayıb. Şirkətin hesabatına görə, sonuncu rübdən sonra məlum olub ki, il ərzində ümumi tədarük həcmi 14 milyard ədəd təşkil edərək 2017-ci illə müqayisədə 4,1 faiz azalıb.

“ICTnews” Elektron Xəbər Xidməti “Computerworld” resursuna istinadən yazır ki, qeyd olunur ki, bu ilin birinci rübündə bazarda vəziyyətin mürəkkəb qalmasını nəzərə alaraq 2019-cu ildə tədarük həcminin azalmaqda davam edəcəyi ehtimal edilir.

Azalmaya səbəb kimi analitiklər tərəfindən növbəti telefonların alışı arasında müddətin artması, böyük bazarlarda məhsul bolluğu, siyasi-iqtisadi qeyri-müəyyənlik və istehlakçıların qiymətlərin durmadan bahalaşması ilə əlaqədar artan narazılığı göstərilir.

Məlumata görə, tənəzzül Hindistan, İndoneziya, Cənubi Koreya və Vyetnamın sürətlə inkişaf edən bazarları istisna olmaqla bütün dünyada müşahidə olunur.

2018-ci ildə tədarük həcminə görə liderlər beşliyinə “Samsung” (290 milyon, 2017-ci illə müqayisədə 8 faiz azalma), “Huawei” (206 milyon, 35 faiz artım), “Apple” (205 milyon, 5 faiz azalma), “Xiaomi” (120 milyon, 30 faiz artım), “OPPO” (115 milyon, 2 faiz artım) şirkətləri daxil olub.

Dördüncü rübdə beş lider arasında ən çox payı azalan “Apple” şirkəti olub. Onun tədarük həcmində ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,5 faiz azalma qeydə alınıb. Bundan başqa, il ərzində “iPhone” smartfonlarının satışı da azalıb. “IDC” analitikləri qeyd edir ki, 2018-ci il tarixdə smartfonların satışı baxımından ən pis il olub.  

Nizam Nuriyev






08/02/19    Çap et