Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

3,5 milyon amerikalı indiyə qədər “dial-up”-dan istifadə edir


“SplatF” saytının verdiyi informasiyaya əsasən, “AOL” provayderinin müştəriləri arasında yalnız “dial-up” vasitəsilə ümumdünya şəbəkəsinə 3,5 milyon abunəçi daxil olur. Bu göstərici keçənilki nəticədən 630 min azdır. 2006-cı ilin üçüncü rübündə “AOL” provayderinin 15 milyon abunəçisi “dial-up” vasitəsilə internetə daxil olub.

Kimlərin “dial-up” vasitəsilə şəbəkəyə çıxması haqqında statistik informasiya yoxdur. Ehtimal edilir ki, 3,5 milyon abunəçinin əksəriyyəti uzaq kənd rayonlarında yaşayırlar.




05/11/11    Çap et