Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Microsoft” virusdan müdafiə edən müvəqqəti redaktə paketi çıxarıb


“Microsoft” korporasiyası “Windows” əməliyyat sistemindəki kritik boşluq üçün müvəqqəti redaktə paketi çıxarıb. Bu boşluq korporativ və sənaye obyektlərində kompyuterlərin yoluxması üçün ziyanverici “Duqu” proqramı tərəfindən istifadə olunur.

Korporasiyadan bildiriblər ki, redaktə paketi müvəqqətidir və sonra daimi redaktə paketi çıxarılacaq. Bundan başqa “Microsoft”dan bildiriblər ki, hal-hazırda “Duqu” soxulcan virusunun siqnaturaları artıq bütün əsas antivirus proqramlarına əlavə edilib.




05/11/11    Çap et