Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Samsung Galaxy M30” smartfonunun konstruktiv xüsusiyyətləri açıqlanıb


İnternetdə orta səviyyəli “Samsung Galaxy M30” smartfonunun əsas konstruktiv xüsusiyyətlərini açıqlayan şəkli dərc edilib.

“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, qurğu əvvəllər “Galaxy M10” və “Galaxy M20” modellərinin təmsil olunduğu yeni “M Series” ailəsinə daxil olacaq. “Samsung Galaxy M30” smartfonu yuxarı hissədə kameranın quraşdırıldığı “Infinity-V” ekranı ilə təchiz ediləcək. Ekran diaqonalının ölçüsü 6,38 düym, təsvir ölçüsü isə 2210 × 1080 piksel (Full HD+) təşkil edir.

Məlumata görə, ön kameranın təsvir ölçüsü 16 milyon pikselə bərabər olacaq. Arxa tərəfdə 13 milyon pikselli ötürücüyə malik üç əsas kamera və 5 milyon pikselli iki sensor quraşdırılıb. Bundan başqa, arxada daktiloskopik skaner yerləşdirilib.

Yeni modelin qabaritləri 159 × 75,1 × 8,4 mm, çəkisi 175 qram təşkil edir. Enerjini 5 min milliamper/saat tutumlu akkumulyator təmin edəcək.

Digər xüsusiyyətlərə gəlincə, “Galaxy M30” smartfonu “Samsung Exynos 7904” prosessoru, 6 giqabayt operativ yaddaş, 128 giqabayt tutumlu quraşdırılmış yaddaş və “USB Type-C” simmetrik portu ilə təchiz ediləcək.

“Samsung Galaxy M30” smartfonunun yaxın vaxtlarda təqdim ediləcəyi gözlənilir.

Nizam Nuriyev






11/02/19    Çap et