Çində, dünyada ilk sürücüsüz işləyən “5G” avtobusları sınaqdan keçirilib
Çinin Çunsin şəhərində "5G" şəbəkəsi vasitəsilə işləyən sürücüsüz sərnişin avtobusları sınaqdan keçirilib.
"ICTnews" Elektron Xəbər Xidməti "
hightech.fm" saytına istinadən yazır ki, "China Mobile", "Huawei", "EasyMile" şirkətləri və Çinin Cənub-Şərq Universitetinin alimləri tərəfindən hazırlanmış sürücüsüz avtobus, hələ ki, 12 sərnişin üçün nəzərdə tutulub. Avtobus Çinin ictimai yollarında saatda 20 kilometrədək sürətlə hərəkət edə bilər.
Avtobus lidarlardan istifadə edir, "5G" protokolu vasitəsilə nəzarət məntəqəsi ilə ani məlumat mübadiləsi həyata keçirir və sürücüsüz hərəkət edir.
Yeni avtobusların texniki xüsusiyyətləri, hələ ki, açıqlanmır. Hazırda dünyada sürücüsüz nəqliyyat istehsalı ilə məşğul olan bir neçə şirkət mövcuddur.
Emil Hüseynov