Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“iOS 12.1.4” sisteminin yeni versiyası “iPhone” smartfonlarının işində problemlər yaradıb


“iOS 12.1.4” mobil platformasının yeni buraxılışı dünyanın müxtəlif ölkələrində əksər “iPhone” smartfonlarının iş qabiliyyətinin qismən itirilməsinə səbəb olub. Qurğu sahibləri sosial şəbəkələrdə problemlərdən şikayət edirlər.   

“ICTnews” Elektron Xəbər Xidməti “Rambler” resursuna istinadən yazır ki, yenilənmədən sonra əməliyyat sisteminin işində nasazlıqlarla “iPad” planşetlərinin istifadəçiləri də üzləşiblər. Hər iki halda istifadəçilər “Wi-Fi” və ya mobil rabitə şəbəkələri ilə məlumatların çox zəif sürətlə ötürülməsindən narazılıq edirlər.  

Digər “iOS” istifadəçilərinin sözlərinə görə, əməliyyat sisteminin yeni versiyası quraşdırıldıqdan sonra smartfonlar onlara quraşdırılmış SİM kartları görməməyə başlayırlar. Bununla yanaşı, istifadəçilərin bir qismində məlumatların ötürülməsi ilə bağlı problemlər “iOS 12.1” versiyasında da mövcud olub, lakin nasazlıq növbəti yenilənmə quraşdırıldıqdan sonra aradan qaldırılsa da, növbəti yenilənmənin gəlişindən sonra yenidən yaranıb.

Qeyd etmək lazımdır ki, əksər “Apple” istifadəçiləri qurğulardan istifadədə çətinliklərlə üzləşməyib.

Nizam Nuriyev






12/02/19    Çap et