Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Provayder xidmətlərinin İKT xərcləri 2022-ci ildə 426 milyard dollar təşkil edəcək


“IDC” tədqiqat şirkətinin proqnozuna görə, yaxın bir neçə ildə bulud və rəqəmli xidmətlər provayderləri, həmçinin rabitə operatorları daxil olmaqla xidmət tədarükçüləri tərəfindən informasiya-kommunikasiya texnologiyalarına (İKT) xərclər ildə orta hesabla 6% yüksələcək və 2022-ci ildə 426 milyard dollar təşkil edəcək.
 
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, bulud və rəqəmli xidmət tədarükçüləri İKT şirkətləri üçün ən perspektiv bazar olacaq: texnologiyalara xərclər hər il 9% yüksələcək və sözügedən dövrün sonuna yaxın 105 milyard dollar təşkil edəcək. Lakin ən böyük töhfə (254 milyard dollar) rabitə operatorları tərəfindən gözlənilir.
 
Analitiklər qeyd edirlər ki, standart infrastruktur texnologiyalara (serverlər, məlumat saxlama sistemləri, korporativ şəbəkə avadanlığı və proqram təminatı sistemləri) qlobal xərclərin 44%-i xidmət tədarükçülərinin payına düşür.
 
Emil Hüseynov






12/02/19    Çap et