Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Yeni texnologiya plastik tullantıları neftə çevirəcək
Hər il dünyada sonradan tullantıya çevrilən milyonlarla ton plastik məmulat istehsal edilir. Məsələn, 2015-ci ilə olan məlumata görə, hər il 12,7 milyonadək ton plastik tullantı dünya okeanına düşür.
“ICTnews” Elektron Xəbər Xidməti “techcult.ru” saytına istinadən yazır ki, ABŞ-ın Perdyu Universitetinin alimləri kimya professoru Linda Vanın rəhbərliyi altında ən müxtəlif məmulatların (butulka qapaqları, elmi alətlər) yaradılmasında istifadə edilən daha geniş yayılmış termoplastik tipi olan poliolefinin emalı texnologiyasını hazırlayıblar.
Onun sözlərinə görə, emal nəticəsində polimerlər, naftu (karbohidrogen qarışığı) və hər cür yanacaq növləri daxil olmaqla bir çox qiymətli məhsullar istehsal ediləcək.
Linda Van və onun həmkarları "hidrotermal mayeləşdirmə" adlı texnologiyadan istifadə ediblər. Sözügedən texnologiya materialların yüksək təzyiq altında orta temperaturadək qızdırılmasını nəzərdə tutur, bu da onları bir çox qiymətli karbohidrogen birləşməsindən ibarət olan neftə çevirir.