Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” şirkəti ötən il proqramlarda səhvlər tapanlara 3,4 milyon dollar ödəyib


“Google” şirkəti 2018-ci ildə proqramlarda aşkarlanan boşluqlara görə 3,4 milyon dollar pul mükafatı ödəyib. “Bug Bounty” proqramının mövcud olduğu müddət ərzində ödənişin ümumi məbləği isə 15 milyon dolları ötüb.

“ICTnews” Elektron Xəbər Xidməti “Searchengines” resursuna istinadən yazır ki, ötən il təhlükəsizlik sahəsində 317, 2017-ci ildə isə 274 tədqiqatçı mükafatlandırılıb. Mükafatın ümumi məbləği 2,9 milyon dollara bərabər olub.

Məlumata görə, 2018-ci ildə ödənişin yarısından çoxu – 1,7 milyon dollar “Android” əməliyyat sistemində və “Chrome” brauzerində boşluqlar aşkarlayan tədqiqatçılara təqdim edilib.

Şirkətin əvvəlki hesabatlarına görə, mükafatın məbləği aşkarlanan səhvin risk səviyyəsindən asılı olaraq 100 dollardan 200 min dollaradək dəyişə bilər. Ötən il maksimal ödəniş 41 min dollar təşkil edib.

2018-ci ilin noyabrında “Google”, həmçinin məxfiliyin təhlükəsizliyi və mühafizəsi sahəsində tədqiqatlarla məşğul olan alimlər üçün mükafat təsis edib. Qalibləri təmsil edən universitetlərə ümumilikdə 500 min dollardan çox pul mükafatı təqdim olunub.

Nizam Nuriyev






13/02/19    Çap et