Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Microsoft” şirkəti “Internet Explorer” brauzerində “sıfır gün” boşluğunu aradan qaldırıb


"Microsoft" öz proqram məhsulları ("Microsoft Windows", "Office", "IE", "Edge", ".Net Framework", "Exchange Server", "Visual Studio", "Team Foundation Server" və "Asure IoT SDK Dynamics") üçün aylıq təhlükəsizlik yeniləmələri çıxarıb. Ümumilikdə 71 boşluq aradan qaldırılıb, onlardan 20-si kritik, 49-u təhlükəli və 4-ü orta təhlükəli kimi qeyd edilib.
 
"ICTnews" Elektron Xəbər Xidməti "securitylab.ru" saytına istinadən yazır ki, bundan başqa, şirkət "Internet Explorer" brauzerində "sıfır gün" (CVE - 2019-0676-da) boşluğunu aradan qaldırıb. Boşluqdan istifadə etmək üçün haker qurbanı zərərverici sayta daxil olmağa inandırmalı idi. Hücum edən tərəfin sistemdə avtorizasiyası hücumun həyata keçirilməsi üçün məcburi şərtdir.
 
Xatırladaq ki, bu yaxınlarda "Microsoft" şirkəti istifadəçiləri "Internet Explorer" brauzerinin istifadəsindən imtina etməyə səsləyib.
 
Emil Hüseynov





14/02/19    Çap et