2013-cü ilin birinci rübündə noutbuk bazarında 13%-lik azalma proqnozlaşdırılır
2019-cu ilin birinci rübündə qlobal noutbuk bazarının həcmi ötən rüblə müqayisədə yalnız 12,9% azalacaq, çünki istehsalçılar prosessor çatışmazlığı ilə üzləşiblər. Bu haqda “Digitimes Research”in analitikləri məlumat veriblər.
“ICTnews” Elektron Xəbər Xidməti “
dailycomm.ru” saytına istinadən yazır ki, dördüncü rübdə yeni il qabağı kompüter satışlarının həcminin artmasından sonra birinci rübdə bazarda sakitlik müşahidə olunur. Mövsümi amillər ucbatından növbəti ilin yanvar-mart aylarında yığcam fərdi kompüterlərin satışı əvvəlki rüblə müqayisədə, bir qayda olaraq, aşağı olur. 2019-cu ildə vəziyyət bir az fərqlidir.
2018-ci ilin dördüncü rübündə leptopların tədarük həcmi həm rüblük, həm də illik hesablama üzrə azalıb. Bu, istehsalçılara 2019-cu ilin ilk rübünün nəticəsinə görə yaxşı nəticə göstərməyə imkan verir. Lakin bütün istehsalçılar bu şansdan yararlana bilməyəcək.
Emil Hüseynov