Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Honkonqda “ağıllı” həbsxanalar hazırlanır


Honkonq İslah Xidməti İdarəsi “ağıllı” həbsxanalar hazırlamaq niyyətini elan edib. Belə həbsxanalarda avtomatlaşdırılmış sistemlər məhbusların izlənməsi prosesinin bir hissəsini öz üzərinə götürəcək. “South China Morning Post” yazır ki, yeni sistemlər cəzaların çəkilməsini daha effektiv, insanların həbsxanada olmasını daha təhlükəsiz etməyə imkan verəcək. Bundan başqa, nəzarətçilərin xidməti daha təhlükəsiz olacaq.
 
“ICTnews” Elektron Xəbər Xidməti “nplus1.ru” saytına istinadən yazır ki, cəzaçəkmə müəssisələrində əsas çətinlik məhbuslara nəzarət edilməsidir, onların sayı bəzən nəzarətçilərin sayını ötə bilər. Honkonq həbsxanalarında nəzarətçilər xidmətinin asanlaşdırılması üçün bir neçə “ağıllı” sistem quraşdırmaq planlaşdırılır.
 
Məsələn, Honkonq İslah Xidməti İdarəsi bütün məhbusları ditnes-trekerlə təchiz etməyi planlaşdırır, istənilən vaxtda məhbusların yerini və onların nəbzini izləmək mümkün olacaq. Kameralarda qeyri-adi davranış, dava-dalaş hallarını və məhbusların özlərinə zərər vurmaq cəhdlərini tanımaq qabiliyyətinə malik videomüşahidə sistemləri quraşdırmaq planlaşdırılır.
 
Emil Hüseynov






18/02/19    Çap et