Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bankların əksəriyyəti haker hücumları qarşısında dayanıqsızdır


İnformasiya təhlükəsizliyinin təmini üzrə ixtisaslaşmış “Group-IB” şirkətinin məlumatına görə, əksər banklar haker hücumları qarşısında dayanıqsızdır.
 
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, “Group-IB” şirkətinin mütəxəssisləri 2018-ci ildə baş vermiş yüksəktexnologiyalı cinayət hallarını araşdırıblar. Haker hücumlarının böyük əksəriyyəti maliyyə sektorunun payına düşüb, bu halda bankların 74%-nin kiberhücumlara hazır olmadığı məlum olub. Bankların 29%-i aktiv zərərverici proqramlar tərəfindən yoluxdurulub, 52%-də isə keçmişdə edilmiş hücumların izləri aşkar edilib.
 
“Group-IB” mütəxəssislərinin fikrincə, haker hücumlarının qurbanı olmuş maliyyə təşkilatlarının əksəriyyəti belə hücumlara qarşı reaksiya planına malik olmayıb, qısa müddət ərzində profil bölmələrinin işini səfərbər edə bilməyib, hücum edənlərin hərəkətlərinə təşkilati və texniki cəhətdən cavab verə bilməyiblər.
 
Ekspertlər kadr hazırlığının aşağı səviyyədə olduğunu qeyd ediblər.
 
Emil Hüseynov






19/02/19    Çap et