Dünyada ilk dəfə bu ölkədə “5G” şəbəkəsindən kommersiya məqsədləri üçün istifadə ediləcək
İlk dəfə Cənubi Koreyada “5G” şəbəkəsindən kommersiya məqsədləri üçün istifadə ediləcək. Bu haqda iqtisadiyyat məsələləri üzrə baş nazirin müavini, planlaşdırma və maliyyə naziri Xon Nam Qi deyib.
“ICTnews” Elektron Xəbər Xidməti “
iz.ru” saytına istinadən yazır ki, “SK Telecom”, “KT”, həmçinin “LG Uplus” mobil operatorları yeni texnologiyanın tətbiqinə 2,6 milyard dollar məbləğində sərmayə yatırıblar.
“5G” texnologiyası Pxençxanda Olimpiada zamanı sınaqdan keçirilib, o vaxt məlumatların ötürülmə sürəti “4G”-ni 40-50 dəfə üstələmişdi.
Emil Hüseynov