Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Qabaqcıl “Xiaomi Mi 9” smartfonu rəsmən təqdim edilib


“Xiaomi” şirkəti bu gün “Xiaomi Mi 9” qabaqcıl smartfonunu təqdim edib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “ferra.ru” saytına istinadən yazır ki, smartfon 1080x2280 piksel təsvir ölçülü 6,39 düymlük “Super AMOLED” displeylə təchiz edilib. Barmaq izi skaneri ekrana inteqrasiya edilib. Displey “Corning Gorilla Glass 6” şüşəsi ilə qorunur.
 
Yeni smartfonun əsas özəlliklərindən biri üçqat əsas kameradır:
 
 
 
 
İşıq diodu işıqlandırıcısı, fasiləsiz fokuslaşdırma, lazer və faza avtofokusu, 6 plastik linzaya malik optikadan istifadə olunur, 2 qat optik zum mövcuddur. Ön kameranın təsvir ölçüsü 20 meqapikseldir.
 
Smartfon yeni “Snapdragon 855” qabaqcıl prosessoru, 6/8 QB-lıq əməli yaddaş və 128 QB-lıq daxili fləş yaddaşla təchiz edilib. Akkumulyator 3300 milliamper/saat tutumuna malikdir, 27 vatt gücündə sürətli enerjidoldurma qurğusuna və dünyada 20 vatt gücündə ilk simsiz enerjidoldurma qurğusuna malikdir.
 
Smartfon “Android 9.0 Pie” sisteminin idarəetməsi altında işləyir. 2 SİM kart, “4G VoLTE”, “Wi-Fi” (802.11ac), “Bluetooth 5”, “GPS/QLONASS/Beidou”, “NFC”, “USB Type-C” texnologiyaları dəstəklənir.
 
Emil Hüseynov






20/02/19    Çap et