Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Növbəti nəsil mobil qurğular üçün yeni əməli yaddaş standartı təsdiq edilib


“JEDEC” təşkilatı “LPDDR5” standartının yekun versiyasını dərc edib. Yeni əməli yaddaş standartı gələcək smartfonlar üçün məhsuldarlıq və enerji səmərəliliyinin artımını təmin edəcək.
 
“ICTnews” Elektron Xəbər Xidməti “itc.ua” saytına istinadən yazır ki, “LPDDR5” əməli yaddaş standartında məlumatların ötürülmə sürəti “LPDDR4” ilə müqayisədə 2 dəfə artıb: 3200 MT/s-dən (saniyədə milyon ötürmə) 6400 MT/s-dək.
 
"Dərin yuxu" rejimi, həmçinin “Data-Copy” və “Write-X” funksiyaları enerji səmərəliliyini təkmilləşdirib.
 
Emil Hüseynov






21/02/19    Çap et