Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Nazir Ramin Quluzadə “Dell” şirkətinin nümayəndələri ilə görüşüb
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə “Dell” şirkətinin Bakıda səfərdə olan nümayəndələri ilə görüşüb.
Görüşdə Ramin Quluzadə Azərbaycanda informasiya-kommunikasiya və yüksək texnologiyalarının geniş tətbiqi və bu sahədə həyata keçirilən islahatlar barədə ətraflı danışıb.
Nazir qeyd edib ki, sahənin inkişafı üzrə görülən işlərin daha effektiv olması məqsədi ilə dünyanın nüfuzlu İKT şirkətləri ilə sıx əməkdaşlığa xüsusi önəm verilir.
Görüş zamanı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “Dell” şirkəti arasında İKT və yüksək texnologiyalar sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilib.
Eyni zamanda, şirkət tərəfindən İKT, innovasiyalar və Data Mərkəzi ilə bağlı ölkəmizdə həyata keçiriləcək layihələrə dair fikir mübadiləsi aparılıb.
21/02/19 Çap et