Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Kibertəhlükəsizliyin təmini üçün həllər bazarının həcmi 202,3 milyard dollara çatacaq


İnformasiya təhlükəsizliyi həlləri bazarının təhlilini aparan “Frost & Sullivan” beynəlxalq konsaltinq şirkəti 2021-ci ilədək informasiya təhlükəsizliyinin təmini üçün dünya texnologiyalar bazarının həcminin 2016-cı illə müqayisədə təxminən 2 dəfə artaraq illik artım tempi (CAGR) 10,6 faiz səviyyəsində olmaqla 202,3 milyard dollar (əvvəlki göstərici 122,4 milyard dollar) təşkil edəcəyini proqnozlaşdırır.   

“ICTnews” Elektron Xəbər Xidməti “Servernews” resursuna istinadən yazır ki, şirkətin dərc etdiyi hesabata görə, proqnozlaşdırılan dövrdə bazarın ən böyük seqmentləri informasiya-kommunikasiya texnologiyaları (İKT), energetika, səhiyyə, sənaye və maliyyə sektoru olacaq. Bununla yanaşı, ən yüksək artım tempi mobil təhlükəsizlik, “bulud” məlumat saxlama sistemlərinin təhlükəsizliyinin təmini, potensial təhlükələrin analizi və kiberhücumların profilaktikası kimi sahələrdə gözlənilir.

“Dünya kibertəhlükəsizlik bazarının əsas hərəkətverici qüvvəsi müxtəlif sahələrdə biometrik texnologiyaların inkişafı və tətbiqidir. Məsələn, bu gün onlar fırıldaqçılığın və kiberhücumların qarşısının alınması üçün bank və maliyyə sektorlarında aktiv istifadə edilir. Kibertəhlükəsizlik bazarı genişlənməklə açıq olacaq: təhlükələrin sayının artması və xarakteri ona yeni iştirakçıların – konkret vəzifələrin həlli üçün sistem və həllərin hazırlanmasında ixtisaslaşan kiçik texnoloji şirkətlərin daxil olması üçün imkanlar açır. Beləliklə, illər ötdükcə kibertəhlükəsizliyin investisiya baxımından biznes seqmenti kimi cəlbediciliyi artmaqda davam edəcək”, – Frost & Sullivan” şirkətinin Rusiya nümayəndəliyinin direktoru Aleksey Volostnov bildirib.

Nizam Nuriyev






22/02/19    Çap et