Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yüksək radiasiyalı obyektlərdə əməliyyatlar yerinə yetirə bilən robot hazırlanıb


Yaponiyanın “Honda Motor” sənaye konserni bu günlərdə artıq “Honda”nın simvollarından biri olmuş məşhur “Asimo” robotunun yenilənmiş modelini təqdim edib.

Robotun yeni versiyası daha ağıllıdır, özünü kələ-kötür səthlərdə tarazlaya, bir ayaq üstündə tullana, soyuq və isti suyun təsirinə məruz qala və hətta yüksək radiasiyalı, məsələn, Fukusima Atom Elektrik Stansiyasındakı obyektlərdə bəzi əməliyyatlar yerinə yetirə bilər.

Qeyd edək ki, “Asimo” robotunun birinci versiyası hələ 2000-ci ildə təqdim edilib, lakin o zaman robot təcrübədə istifadə üçün demək olar ki, yararsız idi və şirkət tərəfindən daha yüksəktexnologiyalı oyuncaq kimi təqdim edilmişdi.

Hal-hazırda “Honda” konserninin prezidenti Takanobu İto bildirir ki, 11 il ərzində “Asimo” texnologiyaları daha da irəli getmiş və onların bir çoxu artıq Fukusima Atom Elektrik Stansiyasında sənaye işlərində tətbiq olunur.

Belə ki, stansiyada radiasiya tullantılarının təmizlənməsi üçün avtomatlaşdırılmış əllərdən (robot) istifadə olunur. “Tokyo Electric Power” şirkəti qeyd edib ki, “Asimo-texnologiyalar” hal-hazırda digər fəaliyyət sferalarında da tətbiq olunur.

Robotun yeni versiyası əvvəlki çatışmazlıqların bəzilərini aradan qaldırıb. Hal-hazırda robot döşəmədə əyri-üyrülükləri keçə və hətta əgər onların üzərinə qəflətən çıxarsa, yıxılmaya bilər. Həmçinin, robot indi saatda 9 kilometr sürətlə hərəkət edə bilir.

Robotun proqram təminatı səs analizinin daxili sisteminə əsaslanaraq eyni zamanda danışan 3 insanın səsini tanımağa qadirdir. Nəhayət, robotun proqram təminatı avtomatik yenilənmə sisteminə malik olub, yəni sistem “Asimo” robotuna operatorun müdaxiləsi olmadan öz funksionalını yeniləməyə imkan yaradacaq.






10/11/11    Çap et