Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Nyu-Yorkda haker dəstəsi həbs edilib


Nyu-Yorkda 7 nəfərdən ibarət haker dəstəsi həbs edilib. İnternet cinayətkarlar dünya üzrə 4 milyondan çox kompyuterin “sındırılmasında” ittiham olunurlar. Qeyd edək ki, haker dəstəsinə - 6 Estoniya və 1 Rusiya vətəndaşı daxildir.

Rusiyalı hakerin yeri hələ müəyyən olunmayıb. Rəsmi məlumata görə, onlar ancaq ABŞ-da 500 000 mindən çox kompyuter istifadəçisinə ziyan vurublar. Nyu-York prokurorluğunun nümayəndələrinin fikrincə, internet-cinayətkar dəstəsinin “fəaliyyəti” onlara ən azı 14 milyon dollar gəlir gətirib.




10/11/11    Çap et