Ötən ilin yekunları üzrə televizor bazarının lideri məlum olub
İriölçülü televizorlar və premium səviyyəli modellər “Samsung” şirkətinə 2018-ci ilin yekunları üzrə ardıcıl 13-cü dəfə dünya televizor bazarının lideri olmağa kömək edib. Bu barədə “Business Korea” nəşri “IHS Markit” analitik şirkətinə istinadən məlumat verib.
“ICTnews” Elektron Xəbər Xidməti “
DailyComm” resursuna istinadən yazır ki, ekspertlərin hesablamalarına görə, “Samsung” televizorları 2018-ci ildə televizor sahəsində ümumi mədaxil həcminin 29 faizini təmin edib. Natural ifadədə isə Cənubi Koreya nəhənginin töhfəsi 18,7 faizə bərabər olub. Həmçinin qeyd olunur ki, “Samsung” payının 14,6 faiz təşkil etdiyi 2006-cı ildən bazarın dəyişməz lideridir.
Bildirilir ki, Cənubi Koreya istehsalçısının üstünlüyü xüsusilə “Samsung” televizorlarının payının 54 faizi üstələdiyi 75 düym və daha böyük ekrana malik iriformatlı modellər seqmentində nəzərə çarpır. Bundan başqa, qiyməti 2500 dollardan çox olan yüksək sinfə aid televizor qurğuları kateqoriyasında “Samsung” dünyada ümumi satış həcminin 44,3 faizinə nəzarət edib.
Şirkətin məlumatına görə, 2018-ci ildə satılan “Samsung” televizorlarının orta ölçüsü diaqonal üzrə 46,8 düym təşkil edib. Satılan televizorların təxminən yarısı 50 düym və daha böyük ekrana malik olub. Ötən il satılan “Samsung” televizorlarının ekranlarının ümumi sahəsi 57 milyon kvadrat km təşkil edib.
“Samsung” şirkəti 2019-cu ildə iriölçülü və premium televizorlar seqmentlərində liderliyini daha da möhkəmləndirərək qabaqcıl 8K formatını dəstəkləyən 98 düym ekranlı yeni “QLED” model təqdim etmək niyyətindədir. Bundan başqa, şirkət tərəfindən bu il buraxılacaq “QLED” modellərinin yarısından çoxunun 75 düym və daha böyük displeylə təchiz ediləcəyi ehtimal olunur.
“QLED” – “Samsung” şirkətinin əvvəllər “Quantum Dot” adlanan televizor istehsal xəttinin adıdır. Bu abreviatura “OLED” – üzvi işıq diodlar texnologiyasına uyğun yaradılıb.
Nizam Nuriyev