“Windows 10” əməliyyat sistemləri bazarında liderdir
“Windows 10” 2018-ci ili dünyanın ən populyar kompüter əməliyyat sistemi statusunda başa vurub. 2019-ci ildə liderliyini möhkəmlədən sistem bir ay sonra mövqeyini itirib. Bu barədə dünyada 40 mindən çox sayta daxil olan 160 milyondan çox unikal istifadəçinin aktivliyini izləyən “NetMarketShare” internet xidmətinin statistik məlumatlarında deyilir.
“ICTnews” Elektron Xəbər Xidməti “
DailyComm” resursuna istinadən yazır ki, 2019-cu ilin fevralının yekunları üzrə “Windows 10” dünyada fərdi kompüter və noutbukların 40,3 faizinə quraşdırılıb. Bir ay əvvəl bu göstərici 40,9 faiz təşkil edib. “Windows 7” sisteminin hesabat dövründə payı isə əksinə, 37,19 faizdən 38,41 faizədək artıb.
Liderlər üçlüyünü 4,37 faiz nəticə ilə “Windows 8.1” tamamlayıb. Sonrakı pillədə 2,26 faiz masaüstü və portativ fərdi kompüter istifadəçisinə malik “macOS 10.13” qərarlaşıb.
2015-ci ilin iyulunda kütləvi satışa çıxarılan “Windows 10” 2018-ci ilin oktyabrında dünyada 700 milyon qurğuya quraşdırılıb.
Nizam Nuriyev