Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Honor Tab 5” planşeti təqdim edilib


Çinin “Huawei” şirkəti “Honor” subbrendli “Honor Tab 5” planşet kompüterini təqdim edib. Yeni model orta texniki səviyyəli qurğular sırasına aiddir.

“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, planşet 1920 х 1080 təsvir ölçülü 8 düym diaqonallı maye-kristal ekran, 2,2 QHs takt tezliyinə və “ARM Mali G51 MP4” qrafik sürətləndiricisinə malik səkkiznüvəli “HiSilicon Kirin 710” prosessoru ilə təchiz edilib. Birkristallı sistemdə oyun həvəskarları üçün nəzərdə tutulan “GPU Turbo 2.0” texnologiyası tətbiq edilib.

Operativ yaddaş tutumu versiyadan asılı olaraq 3 və ya 4 giqabayt, quraşdırılmış yaddaş isə 32 və ya 64 giqabayt təşkil edir.

Bundan başqa, qurğu hər biri 8 meqapikselli 2 rəqəmli kamera, 2 stereodinamik, “microSD” yaddaş kartları üçün slot, “Wi-Fi 802.11 a/b/g/n” simsiz rabitə adapteri və “LTE” modemi ilə təchiz olunub.

Planşetin akkumulyator batareyasının tutumu 5100 milliamper/saat təşkil edir. Proqram əsası kimi versiyası açıqlanmayan “Android” əməliyyat sistemindən istifadə olunur.

“Honor Tab 5” planşetinin martın 12-dən etibarən Çində satışa çıxarılması nəzərdə tutulur.  Qiymət quraşdırılmış yaddaş tutumu və mobil rabitə dəstəyinin olub-olmamasından asılı olaraq 165-225 dollar arasında dəyişir.  

Nizam Nuriyev






11/03/19    Çap et