Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“BlackBerry” şirkətinin direktoru bükülən smartfonları tənqid edib


Bükülən smartfonlar hələ bazara çıxarılmamalıdır, çünki belə qurğuların təkmilləşdirilməsinə ehtiyac var. Bu haqda “BlackBerry” şirkətinin icraçı direktoru Con Çen deyib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” saytına istinadən yazır ki, onun fikrincə, belə smartfonların qiyməti çox baha, çəkisi ağır və istifadədə narahatdırlar, həmçinin başqa texniki problemlərə malikdirlər.
 
“Apple”, “Samsung” və “Huawei” şirkətləri bükülən smartfonların hazırlanması ilə məşğul olurlar. Belə smartfonların istehsalında əsas problem kifayət qədər möhkəm və uzunömürlü ekranın yaradılması ilə bağlıdır.
 
Emil Hüseynov






11/03/19    Çap et