Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İlk kvant radiosu yaradılıb


Niderland tədqiqatçıları tərəfindən yaradılmış kvant sxemi ən zəif radiosiqnalı dinləməyə imkan verir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “naukatv.ru” saytına istinadən yazır ki, zəif radiosiqnallar yalnız xəstəxanalarda maqnit rezonans tomoqrafiya (MRT) skanerləri üçün deyil, həm də alimlər tərəfindən kosmosda müşahidə üçün istifadə edilən teleskoplar üçün problem yaradır. Delft Texnologiya Universitetinin mütəxəssisləri kvant mexanikası nəzəriyyəsi tərəfindən icazə verilən ən zəif siqnalların aşkar edilməsini nümayiş etdiriblər.
 
Kvant radiosundan istifadə edən tədqiqatçılar ağır obyektlərin kvant vibrasiyasını dinləyə və ona nəzarət edə, həmçinin kvant mexanikası və qravitasiya arasındakı qarşılıqlı əlaqəni tədqiq edə biləcəklər. Yeni kvant sxemi radioastronomiya və tibb kimi sahələrdə gələcək hazırlamalar üçün zəmin yaradır.
 
Emil Hüseynov






12/03/19    Çap et