Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Android” sistemi üçün antivirus həllərinin 60%-dən çoxu effektsizdir


“Google Play Store” mağazasında təklif edilən “Android” sistemi üçün antivirus həllərinin əksəriyyəti tamamilə effektsizdir, bəziləri isə mobil qurğunun zərərli proqram təminatı tərəfindən yoluxmasına imkan yarada bilər. Mobil antivirusların effektivliyi ilə bağlı genişmiqyaslı araşdırma aparmış Avstriyanın “AV-Comparatives” laboratoriyasının əməkdaşları bu qənaətə gəliblər.
 
“ICTnews” Elektron Xəbər Xidməti “securitylab.ru” saytına istinadən yazır ki, mütəxəssislər “Android” sistemi üçün 250 antivirus həllini sınaqdan keçiriblər. Məlum olub ki, yalnız 80 proqram zərərli proqram təminatına qarşı dayanıqlı olub.
 
“AV-Comparatives” laboratoriyasının mütəxəssisləri bildiriblər ki, “Android” üçün antivirusların əksəriyyəti saxtadır və bir çoxu yalnız reklam göstərmək üçün işləyir.
 
"Belə proqramların əsas məqsədi istifadəçilərin təhlükəsizliyini təmin etmək deyil, tərtibatçıya gəlir qazandırmaqdır" – mütəxəssislər izah ediblər.
 
250 təhlil edilmiş antivirusdan yalnız 23 proqram (“Avast”, “AVG”, “ESET”, “Sophos” və sairə) bütün zərərverici proqramları aşkar edib.
 
Emil Hüseynov




14/03/19    Çap et