Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Qrafen qoruyucu litium-ion batareyalarının tutumunu 2 dəfə artıracaq


Pensilvaniya Universitetinin mütəxəssisləri tərəfindən polimer kompozitlərdən hazırlanmış passivləşdirən plyonka elektrodları daha effektiv qoruyur. Beləliklə, litium-ion batareyalarını daha ucuz, yüngül və tutumlu etmək üsulu tapılıb.
 
“ICTnews” Elektron Xəbər Xidməti “hightech.plus” saytına istinadən yazır ki, litium-ion akkumulyatorunun vacib elementi elektrolitin ayrılması nəticəsində yaranan mənfi elektrodla (katod) işləyən qoruyucu qatdır. O, Qərb ədəbiyyatında “solid electrolyte interphase” (SEI) adlandırılır. Bu passivləşdirən plyonka elektrolitin ayrılmasını məhdudlaşdırmaq üçün kifayət qədər müqavimət göstərir.
 
Ancaq o, akkumulyatordan istifadə prosesində artır ki, bu da batareyanın tutumunun azalmasına və müqavimət qabiliyyətinin yüksəlməsinə səbəb olur.
 
Amerikalı mühəndislər bu maneəni aradan qaldırmaq üçün yeni “SEI” hazırlayıblar. Bu polimerin çoxsaylı qatları metal litiumun səthinə elə yapışır ki, o, elektrolitin molekulları ilə reaksiyaya girmir.
 
Bundan başqa, reaktiv polimer batareyaların çəkisini və istehsal xərclərini azaldır.
 
Emil Hüseynov






15/03/19    Çap et