Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Cisco” şirkətinin rüblük gəliri azalıb


“Cisco” şirkəti 2012-ci maliyyə ilinin birinci kvartalı üzrə hesabatı dərc edib. Dünyanın ən böyük şəbəkə avadanlığı istehsalçılarından biri gəlir itirməyə davam edir. Əgər şirkət 1 il əvvəl 1,9 milyard dollar qazanmışdısa, hal-hazırda isə 1,8 milyard dollar qazanıb.

Şirkətin ötən ilə nisbətən gəliri 8% azalıb. Eyni zamanda mədaxil isə 5% artaraq analitiklərin proqnozlarını ötüb. Qeyd edək ki, “Cisco” şirkətinin səhmləri maliyyə nəticələrinin elan edilməsindən sonra 41 sent bahalaşıb.




10/11/11    Çap et