Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Xiaomi Redmi 7” smartfonu təqdim olunub


“Xiaomi” şirkəti yeni “Redmi 7” smartfonunu təqdim edib.

“ICTnews” Elektron Xəbər Xidməti “Rambler” resursuna istinadən yazır ki, yuxarı hissədə damcıvarı kameranın quraşdırıldığı ucuz qurğu 4 milliamper/saat tutumlu batareya ilə təchiz olunub. Həmçinin yeni model tərəflərinin nisbəti 19:9 təşkil edən 6,26 düym diaqonallı ekrana, 12 və 2 meqapikselli iki qoşa kamera və 8 meqapikselli ön kameraya malikdir. Smartfonun aparat əsasını “Snapdragon 632” prosessoru, 2, 3 və ya 4 giqabayt operativ və 16, 32 və ya 64 giqabayt tutumlu quraşdırılmış yaddaş təşkil edir. Bundan başqa, “microSD” yaddaş kartları üçün çıxış nəzərdə tutulub.

Bildirilir ki, “MIUI 10” proqram təminatlı “Android 9.0 Pie” əməliyyat sisteminin idarəetməsi ilə işləyən smartfon, həmçinin arxa panelli daktiloskopik skaner, iki SIM kart dəstəyi, qulaqcıq üçün 3,5 mm-lik çıxış və “Gorilla Glass” qoruyucu şüşəsi ilə təchiz edilib.

“Xiaomi Redmi 7” smartfonunun ilkin qiyməti 105 dollara bərabərdir.

Nizam Nuriyev






18/03/19    Çap et