Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanın İT şirkəti kommunal ödənişlər üçün mobil həll təqdim edəcək
Azərbaycanın İT şirkəti APUS (Automated Payment Utility Service) mərkəzləşdirilmiş ödəniş sistemində kommunal və digər ödənişlərin mobil telefonlar vasitəsilə həyata keçirilməsinə imkan verən əlavə modulun tətbiqi üzrə işlər görür.
Bu barədə "SİNAM" şirkətinin prezidenti Elçin Əliyev məlumat verib. Əliyevin sözlərinə görə, bu istiqamətdə işlər aparılır, modulun işə salınması ilə bağlı yubanma ona yeni ödəniş növlərinin, o cümlədən yol hərəkəti qaydalarının pozulması üzrə cərimələrin ödənilməsinin əlavə edilməsi ilə əlaqədardır.
APUS sistemi Azərbaycan Mərkəzi Bankının klirinq sistemi ilə sıx birləşdirilib və SMA şirkətinin BCS/X pərakəndə ödənişlərinin hesablama-klirinq sisteminə əsaslanır. Sistem "Azərpoct" poçt operatoru və bütün bank şöbələrində kommunal, telefon və digər borcların ödənilməsinə imkan verir. Ödənişlərin qəbulu internet şəbəkəsi və sistemə qoşulmuş bankomatlar vasitəsilə də həyata keçirilir.
APUS sisteminin əsas vəzifəsi kommunal xidmət istehlakçılarının onların borcları barədə məlumatlandırılması, eləcə də ödənişlərin müxtəlif və asan ödəniş mexanizmlərindən istifadə etməklə həyata keçirilməsidir.
11/11/11 Çap et