Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Xiaomi” şirkətinin yeni adapteri smartfonu 17 dəqiqə ərzində enerji ilə doldurur


”Xiaomi” şirkətinin prezidenti Lin Bin Çinin “Weibo” sosial şəbəkəsində smartfonu 17 dəqiqə ərzində 100% enerji ilə dolduran adapterin işini nümayiş etdirən çarx paylaşıb. 100 Vatt gücündə olan adapter 7 dəqiqə ərzində 4000 milliamper/saat tutumunda olan batareyanın şarjını 50%-dək, daha 10 dəqiqə sonra isə 100%-dək doldurur.
 
“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, müqayisə üçün, “Oppo” şirkətinin 50 vatt gücündə olan və “SuperVOOC” texnologiyasına malik adapterinə 3700 millimaper/saat tutumunda olan batareyanı enerji doldurmaq üçün iki dəfə daha çox vaxt lazımdır.
 
“Xiaomi Redmi” subbrendinə rəhbərlik edən Lu Veybinq rəsmi təsdiq edib ki, tezliklə yeni enerjidoldurma texnologiyasına malik qurğuların kütləvi istehsalına başlanılacaq.
 
Emil Hüseynov




27/03/19    Çap et