Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Təşkilatlarda kibertəhlükəsizliyə həsr edilən tədqiqatın nəticələri məlum olub


“Outpost24” şirkəti təşkilatlarda kibertəhlükəsizliklə bağlı vəziyyətə həsr edilən tədqiqatın nəticələrini dərc edib.

“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, sorğuya görə, bir sıra şirkətlərdə informasiya təhlükəsizliyi üçün büdcələr təhdidlərin sayının artmasına baxmayaraq ya azaldılır, ya da dəyişməz qalır.

Məlumata görə, mütəxəssislər tərəfindən şirkətlərin fəaliyyətinə daha çox mənfi təsir göstərən informasiya təhlükəsizliyi insidentlərinin elementləri tədqiq edilib. Yaranan problemlərin həlli üçün vaxt çatışmazlığı kibertəhlükəsizliyin təmini üçün ən böyük maneə kimi göstərilir.

Bundan başqa, respondentlər tərəfindən müasir informasiya təhlükəsizliyi həllərinin tətbiqi üçün şirkət əməkdaşlarının lazımi biliyə malik olmaması və rəhbərliyin dəstək göstərməməsi qeyd edilir. Rəyi soruşulanların dörddəbir hissəsinin fikrincə, direktorlar informasiya təhlükəsizliyinə zəif diqqətlə bağlı problemi anlamırlar. Məsələn, şirkətlərin məlumat sızmasından orta ziyanı 3,8 milyon dolları ötür.
 
Hesabatda həmçinin qeyd olunur ki, təşkilatların əksəriyyəti qurğuların, son nöqtələrin, şəbəkə və “bulud” infrastrukturunun təhlükəsizliyini mütəmadi qiymətləndirsə də, bunu hamı etmir.  

Nizam Nuriyev






28/03/19    Çap et