“YouTube” dünya mobil trafikinin 37 faizini generasiya edir
Kanadanın “Sandvine” şirkəti tədqiqat apararaq dünyada mobil trafikin əksər hissəsinin “YouTube” videohostinqi tərəfindən istifadə olunmasını müəyyənləşdirib. Tədqiqatın nəticələri şirkətin saytında dərc olunub.
“ICTnews” Elektron Xəbər Xidməti “
Belta” resursuna istinadən yazır ki, məlumata görə, “YouTube” digər servislər arasında böyük fərqlə liderdir: platforma dünya mobil trafikinin 37 faizini generasiya edir. Bununla yanaşı, “Facebook” və “Snapchap” əlavələrində bu göstərici müvafiq olaraq 8,4 və 8,3 faiz təşkil edir. İnternet trafikində ən böyük paya malik “Netflix” isə ümumilikdə mobil trafikin 2,4 faizini generasiya edir.
Bildirilir ki, istifadəçi sayında böyük fərqə baxmayaraq “Snapchat” və “Facebook”un mobil trafik üzrə generasiya göstəricisi eynidir. Bu, “Snapchap” servisinin diqqəti daha çox videokontentə yönəltməsi ilə izah edilir.
“Netflix”in bütün qeyd olunan əlavələrdən geri qalması servisin yalnız ödənişli kontenti generasiya etməsi ilə əlaqələndirilir. Bundan başqa, şirkətin təqdim etdiyi məlumatlara görə, istifadəçilər mobil qurğularda qısa videoçarxlara baxmağa üstünlük verirlər. Onların fikrincə, serial və filmlərə fərdi kompüter və televiziya ekranlarında baxmaq daha rahatdır.
Nizam Nuriyev