Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Sony” şirkəti sensor ekran və “Wi-Fi” dəstəkli fotoçərçivə təqdim edib


“Sony” şirkətinin rəqəmsal fotoçərçivə xəttinə 7 düymlü (800x480) sensor ekran və “Wi-Fi 802.11 b/g/n” dəstəkli 2 yeni model – “WA700” və “W700” əlavə edilib. Yeni fotoçərçivə kompyuter vasitəsilə şəkli göstərə, hava, saat, təqvim, slaydşou əks etdirə və məxfilik sazlamalarına əsasən, “Facebook”dan dostların şəkillərini avtomatik yükləyə bilər. Fotoçərçivənin yaddaşına şəkilləri, həmçinin, elektron poçtla daxil etmək olar. Daxili yaddaşın tutumu 2 QB (4 min fotoya qədər) təşkil edir.




11/11/11    Çap et