Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” daha bir xidmətinin işini dayandırıb


“Google” korporasiyası “URL Shortener” xidmətinin fəaliyyətini rəsmən dayandırıb. Bu xidmət qısa linklər yaratmağa və bundan başqa həmin linklər üzrə keçidlərin sayını hesablamağa imkan verirdi.
 
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, “Google URL Shortener” xidməti 2009-cu ildə istifadəyə verilmişdi. 2018-ci ildə xidmət yeni istifadəçilər üçün əlçatmaz idi, indi isə fəaliyyəti dayandırılıb.
 
Bu, “Google”un ilk bağlanmış layihəsi deyil. 2019-cu il aprelin 2-də “Google+” sosial şəbəkəsinin fəaliyyəti dayandırılacaq.
 
Emil Hüseynov






01/04/19    Çap et