Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Nvidia” şirkətinin rüblük nəticəsi müsbət olub


Qrafik çip istehsalçısı “Nvidia” bu gün dördüncü rüb üzrə hesabat dərc edib. Rüblük nəticələr analitiklərin proqnozlarından yuxarı olub. “Nvidia” şirkətinin məlumatlarına əsasən, hesabat rübündə satışlar 26% artaraq 1,07 milyard dollar təşkil edib.

Şirkətin əməliyyat gəliri 1 səhm üzrə 35 sent olub. “Nvidia” şirkətinin xalis gəliri 178,3 milyon dollar təşkil edib. Şirkətin mədaxili isə 1,07 milyard dollar olub.




11/11/11    Çap et