Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycan və Qazaxıstan arasında rabitə və yüksək texnologiyalar sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib
Ölkəmizdə səfərdə olan Qazaxıstan Respublikasının rəqəmsal inkişaf, müdafiə və aerokosmik sənaye naziri Askar Jumaqaliyev ilə Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə arasında ikitərəfli görüş keçirilib.
Görüş zamanı iki ölkə arasında rabitə və yüksək texnologiyalar sahəsində əməkdaşlığın cari vəziyyəti və gələcək inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Görüşdə Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM) layihəsi, Azərbaycan və Qazaxıstanın qlobal bazarlarda rəqabət qabiliyyətli startap layihələri arasında sinerjinin yaradılması və birgə layihələrin icra olunması, tanışlıq səfərlərinin təşkili və digər qarşılıqlı maraq kəsb edən məsələlər müzakirə olunub.
02/04/19 Çap et