Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Sony” korporasiyası mobil bölməsinin işini dayandırır


Mobil bölməsinin fəaliyyətini dayandıran “Sony” korporasiyası yenidən strukturlaşdırmaya hazırlaşır. Yapon şirkəti smartfon bazarında maliyyə uğuruna nail olmadığına görə smartfon istehsalı ilə məşğul olan “Mobile Communications” bölməsini ləğv etməyə və Çində yerləşən öz fabrikini bağlamağa dair qərar verib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki,  Tayvanda fəaliyyət göstərən zavodda isə smartfon istehsalı davam edəcək, mobil qurğular seqmenti üçün elektron məhsul və həllər bölməsi məsuliyyət daşıyacaq.
 
Emil Hüseynov






03/04/19    Çap et