Qazaxıstan Respublikasının nümayəndə heyəti “Yüksək Texnologiyalar Parkını” ziyarət edib
Ölkəmizdə səfərdə olan Qazaxıstan Respublikasının rəqəmsal inkişaf, müdafiə və aerokosmik sənayesi naziri Askar Jumaqaliyev və rəsmi nümayəndələr Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki "Yüksək Texnologiyalar Parkını"ziyarət ediblər.
Görüş zamanı Yüksək Texnologiyalar Parkının direktoru Tural Kərimli qonaqlara parkın fəaliyyəti, İnnovasiyalar Agentliyinin gələcək fəaliyyəti və "Falcons Summit" haqqında məlumat verib.
Tədbirdə Azərbaycandakı Huawei, CISCO, Oracle, Lenovo, BestComp Group kimi beynəlxalq şirkətlər iştirak ediblər və əməkdaşlıq perspektivləri haqqında fikir mübadiləsi aparıblar.