Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Cənubi Koreyada dünyada ilk “5G” kommersiya şəbəkəsi istifadəyə veriləcək


Cənubi Koreyanın ən böyük mobil operatoru olan “SK Telecom” aprelin 5-də dünyada ilk beşinci nəsil kommersiya rabitə şəbəkəsini istifadəyə verəcək.
 
“ICTnews” Elektron Xəbər Xidməti “hitech.newsru.com” saytına istinadən yazır ki, ilk aylar yalnız “Samsung Galaxy S10” smartfonunu satın almış operatorun abunəçiləri “5G” texnologiyasının üstünlüklərini qiymətləndirmək imkanı əldə edəcəklər, amma yaxın gələcəkdə beşinci nəsil şəbəkəsini dəstəkləyən smartfonların siyahısı sürətlə artmağa başlayacaq.
 
“SK Telecom” operatorunun qiymətləndirməsinə görə, bu ilin sonuna operatorun 1 milyon abunəçisi “5G” şəbəkəsindən istifadə etmək imkanına malik olacaq.
 
Xatırladaq ki, “5G” rabitə standartı LTE (4G) ilə müqayisədə qurğular arasında məlumatları dəfələrlə daha sürətli ötürməyə imkan verir. Məlumat mübadiləsinin sürəti 1 Qbit/san-dən çoxdur.
 
Emil Hüseynov






04/04/19    Çap et