“Samsung” “5G” modeminin kütləvi istehsalına başlayıb
“Samsung Electronics” mobil qurğu və başqa elektron cihazların beşinci nəsil şəbəkəsinə (5G) qoşulması üçün nəzərdə tutulmuş çiplərin kütləvi istehsalına başlayıb.
“ICTnews” Elektron Xəbər Xidməti “
dailycomm.ru” saytına istinadən yazır ki, Cənubi Koreya nəhəngi qabaqcıl “Galaxy S10 5G” smartfonunda tətbiq edilən “Exynos Modem 5100” mikrosxeminin kütləvi istehsalına başlayıb. Sabah sözügedən çip satışa çıxarılacaq.
2018-ci ilin avqustunda təqdim edilmiş “Exynos Modem 5100” dünyada ilk “5G” modem hesab edilir.
Modem “5G” şəbəkəsində 6 QHs-dən aşağı tezlikdə 2 Qbit/s-dək və “mmWave” şəbəkəsində isə 6 QHs maksimal yükləmə sürətini təmin edir ki, bu da mövcud texnologiyaların ötürmə sürətini müvafiq olaraq təxminən 1,7 və 5 dəfə üstələyir.
Emil Hüseynov