“WhatsApp”da yeni funksiya “feyk” mesajların yayılmasının qarşısını alacaq
Bir neçə dəfə göndərilmiş mesaj qruplarda göstərilməyəcək. Bu, “feyk” mesajların yayılmasını çətinləşdirəcək.
“ICTnews” Elektron Xəbər Xidməti “
life.ru” saytına istinadən yazır ki, güman ki, “WhatsApp” tez-tez göndərilən mesajları gizlətmək imkanını əlçatan edəcək. Bu haqda “WABetainfo” nəşri məlumat yayıb.
Sözügedən funksiya proqramın beta-versiyasında aşkar edilib.
Tərtibatçılar bu yolla “feyk” mesajların yayılması ilə mübarizə aparırlar. Əlbəttə, hakerlər mətni köçürərək müxtəlif qrup və müxtəlif insanlara göndərə bilərlər, amma bu, məsələni çətinləşdirəcək.
Emil Hüseynov